Mandriva Linux Quraşdırma Tə'limatı - Mandriva Linux 2006 Lazımi konfiqurasiya * Pentium ya da uyğun işlədici * CDROM sürücü * Ən az 32 MB yaddaş, 64 MB tövsiyə edilir Mandriva Linuxyi qurmaq, əsasən, CDROM sürücünüzə CDnizi taxmaq və bilgisayarınızı təzədən başlatmaqdan ibarətdir. Xahiş edirik 1ci bölmə'yə baxın. GEYD: * Əgər 7.x, 8.x ya da 9.x Mandriva Linux buraxılışlarının üstündən sisteminizi yeniləyirsəniz, sisteminizin ehtiyat nüsxəsini almağı unutmayın. * Daha əvvəlki versiyaları yeniləmə isə (7.0 buraxılışına qədər) dəstəklənmir. Bu halda siteminizi sıfırdan quraşdırmalısınız. ============================================================================ Aşağıda Mandriva Linux quraşdırma yolları göstərilir: 1. Sistemi Birbaşa CD'dən Açaraq 2. Windows'da bir Açılış Disketi Yaradaraq 3. Digər Quraşdırma Yolları ============================================================================ 1. Sistemi Birbaşa CD'dən Açaraq Quraşdırma CD'si sisteminizi aça bilər. Əsasən, sadəcə olaraq CDROM'u sürücüyə taxmaq və sistemi yenidən başlatmaq kifayətdir. Bundan sonra ekranda çıxacaq qeydləri izləyin: Enter düyməsinə basaraq quraşdırmanı başlada bilər, F1 düyməsinə basaraq da yardım ala bilərsiniz. GEYD: Bə'zi diz üstü bilgisayarlarda sistem CD'dən açılmaya bilər. Vəziyyət belədirsə, ikinci CD'dən açmağa çalışın:o da eyni zamanda kompüteri aça bilər və daha "təklükəsiz" açma gedişatına sahibdir. Yazılanda CD'ni dəyişdirə bilərsiniz. Əgər ikinci CD də kompüterinizi aça bilmirsə, başlama disketi yaratmalısınız Təfərruatlar üçün 2'ci qismə baxın. ============================================================================ 2. Windows'da bir Açılış Disketi Yaradaraq Kompüteriniz CD sürücüsüylə açılmırsa və əvvəlki yolların heç biri istifadə edilə bilmirsə, aşağıdakı kimi Windows altında bir açma disketi yarada bilərsiniz: * CDROM'u yerləşdirin, "My Computer" timsalına cüt tıqlayın, sonra da CDROM timsalına sağ tıqlayın və menyudan "Open" ı seçin. * "dosutils" qovluğuna girin və "rawwritewin" timsalına cüt tıqlayın. * Disket sürücüsünə boş bir disket yerləşdirin. * "Image File" sahəsinin içinə "D:\images\cdrom.img"yi seçin. (CDROM sürücünüzün "D:" olduğu düşünülmüşdür, lazım gələrsə "D:" hərfini CDROM sürücünüzün hərfiylə əvəz edin.) * "Floppy Drive" sahəsində "A:"yı seçin və sonra "Write"a tıqlayın. Quraşdırmaya başlamaq üçün: * CDROM'u və yaratdığınız disketi sürücülərinə yerləşdirin * Kompüterinizi yenidən başladın. ============================================================================ 3. Digər Quraşdırma Yolları Hərhansı bir səbəblə əvvəlki yolların heçbiri ehtiyacınıza cavap vermrsə (məsələn şəbəkə üstündan quraşdırma, ya da pcmcia avadanlıqlarından quraşdırma üçün), bir açma disketi yaratmalısınız : * Linux altında (ya da bütün müasir unix törəmələrində) əmr sətirindən: $ dd if=xxxxx.img of=/dev/fd0 * Windows altında, 2'ci bölmədə başa salınanları həyata keçirin, ancaq cdrom.img yerinə xxxxx.img istifadə etməlisiniz (təfərruat aşağıdadır). * MS-DOS altında, CD sürücüsünün hərfinin D: olduğu düşünülürsə: D:\> dosutils\rawrite.exe -f install\images\xxxxx.img -d A Açılış görünüşlərinin siyahısı: +-----------------+------------------------------------------------------+ | cdrom.img | CD-ROM'dan quraşdırma üçün | +-----------------+------------------------------------------------------+ | hd_grub.img | Sabit diskdən quraşdırma üçün (Linux, Windows, ya da | | | ReiserFS fayl sistemindən) | | | bunu sisteminizdə buradan quraşdıra bilərsiniz: | | | http://qa.mandriva.com/hd_grub.cgi | +-----------------+------------------------------------------------------+ | network.img | ftp/nfs/http üzərindən quraşdırma üçün | | | QEYD: istəniləndə network_drivers.img disketini | | | floppi sürücüsünə taxmalı olacaqsınız | +-----------------+------------------------------------------------------+ | pcmcia.img | pcmcia avadanlıqlardan quraşdırma üçün (qeyd, pcmcia | | | şəbəkə avadanlıqlarının çocu indi birbaşa | | | network.img tərəfindən dəstəklənir) | +-----------------+------------------------------------------------------+ Həmçinin boot.iso faylını CDROM-a yazıb ondan açılış edə bilərsiniz. Bu fayl, cdrom, şəbəkə və sabit sürücüdən qurulum yöntəmlərinin hamısını dəstəkləyir. ============================================================================ Hərhansı bir səbəblə qrafiki ara üz ilə quraşdırmada bir problem olarsa, mətn təməlli quraşdırma yolunu da istifadə edə bilərsiniz. Bu yolu isttifadə etmək üçün, quraşdırmanın ilk ekranında F1ə basın, sonra da əmr sətirinə text yazın. Qurulu vəziyyətdəki Mandriva Linux sisteminizi hər hansı bir problem sırasında qurtarma modunda aça bilmək üçün CDROM sürücünüzü (ya da açma disketinizi) yerləşdirərək sisteminizi yenidən açıb, quraşdırmanın ilk ekranında F1ə basın və əmr sətirinə rescue yazın. Daha çox texniki mə'lumat üçün http://www.mandrivalinux.com/drakx/README ünvanına müraciət edə bilərsiniz. ============================================================================ Aşağıda quraşdırmanın ana bölmələri sıralanıb: 1. Quraşdırma CD'sini (ya da lazımsa açma disketinizi) sürücüyə yerləşdirin və sistemi yenidən başladın. 2. Mandriva Linux xoş gəldiniz ekranı görstərildiyi zaman [Enter] düyməsinə basın və qeydləri diqqətlə oxuyun. 3. Quraşdırma bitdiyi zaman CDROM çıxarılacaqdır (Disket hələ də sürücünün içindədirsə sürücüdən çıxarın.); kompüteriniz yenidən başlayacaqdır. Bu olmazsa özünüz söndürüb açın. 4. Mandriva Linux açılacaq. Açılışdan sonra, quraşdırma sırasında yaratdığınız bir istifadəçi, ya da "root" istifadəçisi olaraq sistemə girə bılərsiniz. Vacib qeyd: "root" hesabı Linux sisteminizdə hər cür işi görmək üçün lazım olan bütün səlahiyyətlərə sahibdir. Linuxunuzun quraşdırılması ya da idarəsi xaricində bu hesabı heçbir şəkildə istifadə etməyin. Gündəlik istifadə üçün ""userdrake"" vasitəsi, ya da ""adduser"" və ""passwd"" əmrləri ilə sıravi bir istifadəçi hesabı yarada bilərsiniz. Mandriva Linux'la Uğurlar ! ============================================================================ Əlavə dəstək üçün baxın: * E-Dəstək Ünvanı: http://www.mandrivaexpert.com/ * Mandriva Linux Errata: http://www.mandrivalinux.com/en/errata.php3 * Mandriva Linux Təhlükəsizlik Məsləhətvericisi: http://www.mandriva.com/security/advisories/ * On-layn Sənədlər: http://www.mandrivalinux.com/en/fdoc.php3 * Mandriva Linux klubunun onlayn forumları: http://club.mandriva.com * Məktublaşma Siyahıları http://www.mandrivalinux.com/en/flists.php3 * Məktublaşma Siyahılarının Asandca Axtarıla Bilən Arxivləri: http://marc.theaimsgroup.com/ * İnterneti Google'la axtarın http://www.google.com/linux * Google Groups işlədərək Usenet xəbər qruplarını axtarın: http://groups.google.com/groups?group=comp ============================================================================